Müqavimətin gücünü görmək istəyənlər üçün aydın bir parametr
Siyasi müşahidəçilər müqavimət mehvərinin raketlərinin Dimona elektrik stansiyasının yaxınlığına düşməsini sionist rejimin cinayətlərinə bir cavab adlandırıblar.
SəhərAzəri xəbər verir ki, İşğal olunmuş ərazilərdə yerləşən Dimona atom elektrik stansiyasının yaxınlığına raketin düşməsi sionistlər arasında qorxu dalğası yaradıb və daxil və xaricdəki siyasi orqanların diqqətini müqavimətin gücünə çəkibdir.
Həmas hərəkatı vurğulayıb: Bu addım bir daha müqavimət mehvərinin bacarığını üzə çıxardı və ümumi fikir bildi ki, regional parametrlər sionist rejimin xeyrinə işləməyəcək və özünün əhatəli hazırlığı ilə birinci və sonuncu sözü deyən tərəf, məhz müqavimət mehvəridir.
Həmas-ın sözçüsü Hazim Qasim bu haqda deyir: "Müqavimət mehvərinin addımı, işğalçıların Suriya, Livan və Fələstindəki vəhşiliklərinə verilən qətiyyətli bir cavabdır və bizim sionistlər qarşısındakı önləyicilik gücümüzü təsvirə çəkir. Dünya bilsin ki, bu, müqavimət mehvərinin sionistlərlə real qarşılaşmaq üzrə bacarığının kiçik bir hissəsidir".
İslami Cihad Hərəkatı da təcavüzkar sionist rejimin siyasətlərilə mübarizə üçün müdafiə gücünün artırılması zərurətinə təkid edərək bildirib ki, müqavimət mehvəri işğal olunmuş ərazilərin daxilində sionist düşmənə maksimum xəsarətlər vurmağa hazırdır.
Fələstinin müqavimət qruplarının liderlərindən olan Əhməd Xəris deyib: "Dimona elektrik stansiyasının yaxınlığına raketin düşməsinin Netanyahuya və cinayətkar sionist rejim ordusuna mesajı budur: Sizin müqavimət mehvərinə qarşı cinayətlərinizdən heç biri cavabsız qalmayacaq və biz müdafiəyə hazırıq".
Analitiklər deyiblər: Olduqca yüksək mühafizə səviyyəsinə malik olan Dimona-nın yaxınlığına raketin düşməsi, aydın bir parametr çərçivəsində onu açıq şəkildə görmək istəyən bütün kəslərə şəffaf bir cavab idi.
Bu partlayışın səsi bütün Fələstin bölgələrində eşidilib və ondan az sonra fələstinli müqavimət qüvvələri təlim-məşq təşkil edərək, ən yüksək səviyyədə öz müdafiə hazırlıqlarını düşmənə nümayiş etdirdilər.