Apr 24, 2021 18:09 Asia/Baku
  •  Səudiyyə koalisiyası  Əl-Hudeydə məntəqəsində  261 dəfə atəşkəsi pozub

Yəmənli mənbələr Səudiyyə koalisiyasının Yəmənin qərbində Əl-Hudeyda əyalətində atəşkəsi pozmağa davam etdirdiyini bildirdi.

SəhərAzəri xəbər verir ki,  Əl-Məsirə telekanalının yazdığına görə, Səudiyyə təcavüzkarları və onların muzdluları son 24 saat ərzində bir neçə casus pilotsuz təyyarə ataraq son sutka ərzində 261 dəfə Yəmənin qərbində yerləşən Əl-Hudeydə məntəqəsindəki atəşkəsi pozublar.

Yəmən sülh danışıqlarının dördüncü raundu 6 dekabr 2018-ci il tarixində İsveç Baş katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi Martin Griffiths-in başçılığı ilə Yəmən tərəflərinin iştirakı ilə başladı və 13dekabr 2018 ci ilə cümə axşamı günü Əl-Hudeydə məntəqəsində atəşkəsin bərqərar olması şərti ilə öz işinə yekun vurdu.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ştatlar, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin martından bəri Yəmənə hərbi təcavüzə və quru, dəniz və hava mühasirəsinə başladı. Səudiyyə Ərəbistanı və müttəfiqləri tərəfindən Yəməndə başlayan müharibə indiyə qədər 17 mindən çox yəmənlini ölümü, on minlərlə insanı yaralnması və milyonlarla yəmənlini didərgin düşməsinə səbəbə olub..

Səudiyyə Ərəbistanının hərbi təcavüzü həm də yoxsul Yəmən ölkəsini qida və dərmanla çatışmazlığı ilə üzləşdirib.

 

Teqlər