Yəmən bir gündə Səudiyyə rejiminin Aramco və Kral Xalid bazasını vurdu
Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii bu gün Səudiyyə rejiminin cənub-qərbindəki Kral Xalid aviabazasına daha bir hücumun olduğunu elan edib.
SəhərAzəri Parstoday-ə istinadla xəbər verir ki, general-mayor Yəhya Sərii Tvitter üzərindən verdiyi açıqlamasında, Yəmən ordusunun PUA birliyinin bu gün (yerli vaxtla) səhər saat 09:00-da Xamis Muşaitdəki Kral Xalid aviabazasını Qasif 2K PUA-sı ilə hədəfə aldığını söyləyib: “Bu hücumda dəqiq şəkildə qarşılanan əhəmiyyətli hərbi mövqe hədəfə alındı.
Hərbi hədəf dəqiq şəkildə vuruldu. Səudiyyə obyektlərini hədəfə almaq ölkəmizə qarşı təcavüzün və hərtərəfli mühasirənin artmasına təbii və qanuni cavabımızdır”.
Səudiyyə rejiminin koalisiyasına bağlı media indiyə qədər bu xəbərə reaksiya verməyib və susur.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu gün səhər də Yəmən pilotsuz təyyarəsi Aramco və Səudiyyə rejiminin Kralı Xalidin bazasına zərbələr endirdi.
Yəmən silahlı qüvvələrinin sözçüsü, Yəmən qüvvələrinin üç pilotsuz təyyarə ilə Səudiyyə rejiminin “Aramco” neft şirkətini və Xamis Muşaitdəki Kral Xalid bazasını hədəfə aldığını söyləmişdi.
Bu əməliyyatda iki Qasif 2K PUA-sı ilə Kral Xalid aviabazası hədəfə alınmışdı.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səməd-3 pilotsuz təyyarəsinin Cizandakı “Aramco” müsəssisəsini hədəfə aldığını bildirmişdi.