Apr 24, 2021 22:51 Asia/Baku
  • Sionist rejim ordusunun baş qərargah rəisinin ABŞ-a səfəri ləğv olunub

Sionist mənbələr bildiriblər ki, sionist rejim ordusunun baş qərargah rəisinin Vaşinqtona səfəri ləğv olunub.

SəhərAzəri xəbər verir ki, sionist «Vala» vebsaytının müxbiri Barak Ravid öz şəxsi tvitter hesabında xəbər verib ki, sionist rejim ordusunun baş qərargah rəisi Aviv Koxavi bu həftə Vaşinqtona keçirməli olacağı səfərini Qüdsdəki toqquşmalara və Qəzzə zolağı ilə gərginliyə görə, ləğv edibdir.

Sionist rejim ordusunun sözçüsü bu səfərin ləğv olunduğunu təsdiq edib.

Amerikan «Aksius» vebsaytının son məlumatına görə, sionist rejimin daxili təhlükəsizlik müşaviri Meir ben Şebet, bu rejim ordusunun baş qərargah rəisi Aviv Koxavi, sionist rejimin hərbi kəşfiyyat aparatının başçısı Temir Heymann və MOSSAD-ın rəisi Yusi Kohen bu həftə öz amerikan həmkarları ilə İran məsələsi barədə danışlıqlar aparmaq üçün Vaşinqtona yola düşməli idilər.

Qəzzə zolağında yerləşən müqavimət qrupları bu gün səhər saatlarında sionist rejim hərbçilərinin işğal olunmuş Qüds şəhərində fələsitnlilərə qarşı hücumlarına cavab olaraq, ətrafda yerləşən sionistsakinli qəsəbələri 36 raketlə hədəfə alıblar ki, sionist rejimin hava hücumundan müdafiə sistemləri bu rejim ordusunun bəyanatına görə, onlardan təkcə altısının izinə düşüblər.

Fələstinli gənclər mübarək ramazan ayının əvvəlindən bəri sionist rejim hərbçilərinin Qüds şəhərində, xüsusən Məsciduləqsanın ətrafında mərasim və toplantıların keçirilməsini əngəlləmələrinə görə, bir neçə dəfə sionist qüvvələrlə toqquşublar və cümə axşamı günü axşam çağı baş verən toqquşmada yüzdən çox fələstinli yaralanıbdır.

Teqlər