Apr 26, 2021 08:38 Asia/Baku
  • İraq Xarici İşlər Nazirliyi  Zərifin Bağdad səfəri ilə bağlı bəyanat yayıb

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhشf bazar günü gecə bir bəyanat yayaraq İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin Bağdada səfərini təsdiqləyib və, iki tərəfli münasibətlərin həmçinin iki ölkə arasındakı ortaq əlaqələrin müzakirə olunacağını söyləyib.

 SəhərAzəri xəbər verir ki, Əhməd Əl-Səhaf bu açıqlamada  əlavə edib:"İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, İraqlı həmkarı Fuad Hüseyni ilə görüşmək və iki ölkə arasındakı münasibətlərin genişləndirilməsini müzakirə etmək üçün bu gün, bazar ertəsi Bağdada səfər edəcək.

İran Xarici İşlər Naziri Qətər səfərini başa vurduqdan sonra bu gün Bazar ertəsi Dohadan İraqın paytaxtı Bağdada yola düşəcək.

İran xarici işlər naziri  İraqa iki günlük səfəri zamanı iraqlı  həmkarı və bu ölkənin məsul şəxsləri ilə görüşüb danışıqlar aparacaq.

Səfəri zamanı həmçinin Zərif İraq Kürdüstanının yerli rəsmiləri ilə də görüşəcək.

İran İslam Respublikasının Bağdaddakı səfiri İrəj Məscidi şənbə günü axşam bir Twitter mesajında ​​İran xarici işlər nazirinin Bağdada səfərini iki ölkə və  xalqları arasındakı əlaqələri gücləndirmək üçün bir fürsət olaraq xarakterizə edib.

"İraq da daxil olmaqla qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi həmişə İran İslam Respublikasının prioritetlərindən biri olmuşdur" deyə İrəj Məscidi Twitter mesajında yazıb.

Zərif İraqdan əvvəl Qətərdə olub və bu ölkə rəsmiləri ilə mühüm ortaq və regional məsələlər, habelə İranın 4+1 qrupu ilə danışıqları müzakirə edilib. 

 

 

Teqlər