HƏMAS-dan sionistlərə xəbərdarlıq: "Qüds döyüşü bizim hamımızın döyüşüdür"
Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi ofisinin sədri vurğulayıb ki, əgər sionist rejim Qüdsə qarşı düşmənçilik siyasətlərinə davam edərsə, rahatlıq tapmayacaq".
SəhərAzəri xəbər verir ki, HƏMAS-ın siyasi ofisinin sədri İsmail Həniyyə işğal olunmuş Qüdsdəki son hadisələr və iğtişaşları bu şəhərin kimliyi uğrunda gedən mübarizə adlandırıb və əlavə edib: "Qüds hadisələri sionist düşmənlə münasibətlərin normallaşması nəzəriyyəsini, "əsrin sövdələşməsi" adlı planı və danışıqlara güvənmə nəzəriyyəsini alt-üst etdi".
Həniyyə Qüdsün təkcə fələstinlilərə aid olmadığını, həmdə mübarizə oxu olduğunu bəyan edərək, bütün ərəb və İslam millətlərini Fələstin xalqının həqiqi köməyinə hazırlaşmağa və Qüdsü dəstəkləmə strategiyasından Qüdsü müdafiə və azad etmə strategiyasına keçməyə çağırıb.
Son günlərdə işğal olunmuş Qüds və Fələstinin bəzi digər şəhərləri, sionist rejim hərbçiləri ilə fələstinli etirazçılar və namazqılanlar arasında toqquşmaların şahididir; Hansı ki, sionist rejimin Əl-Əqsa məscidinə və fələstinlilərə qarşı davam edən cinayətlərinə etiraz edirlər.
HƏMAS rəhbəri, Fələstin seçkiləri haqqında da deyib: "Həmasın seçkilərə qatılmaq niyyəti tam bir perspektiv çərçivəsindədır və Qüdsdəki seçkilər milli bir mübarizə olmamalıdır".
Qərar üzrə Fələstində parlament seçkiləri cari il mayin 22-də, Milli Şura seçkiləri isə avqustun 31-də keçiriləcək".