Yəmən qüvvələri Səudiyyə rejiminin aviabazasına qarşı PUA əməliyyatı keçirdi
Apr 26, 2021 16:28 Asia/Baku
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səudiyyə rejiminin cənub-qərbindəki həssas bir hədəfə qarşı PUA əməliyyatı keçirdiklərini elan edib.
SəhərAzəri xəbər verir ki,Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Tvitter üzərindən verdiyi açıqlamasında, bu gün (26 aprel) səhər Səudiyyə rejiminin Kral Xalid aviabazasına qarşı PUA əməliyyatının keçirildiyini elan edib: “Yəmən ordusunun PUA birliyi Qasif 2K pilotsuz təyyarəsi ilə Xamis Muşaitdə Kral Xalid aviabazasına qarşı hücum əməliyyatı həyata keçirdi.
Hücumda həssas hərbi nöqtə hədəfə alındı və dəqiq şəkildə vuruldu. Bu əməliyyat Səudiyyə rejiminin koalisiyasının təcavüzünü və Yəmənə qarşı davamlı mühasirəsini artırmasına cavab olaraq həyata keçirildi”.