Apr 27, 2021 17:52 Asia/Baku
  • İraqın cənubunda ABŞ-ın iki hərbi karvanına hücum edilib

Təhlükəsizlik mənbələrindən biri, İraqın Zi Qar vilayətindəki ABŞ-ın hərbi karvanına bomba hücumu edildiyi bildirilib.

SəhərAzəri xəbər verir ki, sözügedən mənbə Şəfəq informasiya agentliyinə bildirib ki, qərbi Zi Qar magistral yolunda ABŞ-a məxsus hərbi karvanının yolunda iki əldəqayırma partlayıcı qurğu (ƏPQ) partlayıb.

Partlayışın kənardan idarə olunduğu və iki partlayış arasındakı məsafənin təqribən 300 metr olduğu qeyd edilib.

Partlayış nəticəsində hərbi texnika daşıyan Amerika yük maşınlarına ziyan dəyib.

Sabrin News Teleqram kanalı bu gün (27 aprel) səhər Bəsrədə də ABŞ-ın hərbi avadanlıq daşıyan karvanının yolunda partlayış olduğunu bildirmişdi.

Son aylarda ABŞ-ın İraqdakı hərbi və təchizat karvanlarına bir neçə oxşar hücum olub. ABŞ koalisiyası özünü bu hücumlardan və yol kənarındakı partlayışlardan qorumaq üçün yerli İraq şirkətlərindən kömək istəyib.

ABŞ-ın maddi-texniki karvanına hücumlar İraq parlamentinin ABŞ-ın İŞİD üzərində Qələbə komandirləri şəhid Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisi terror edərək öldürməsindən sonra, ABŞ qoşunlarının İraqdan çıxarılması planını təsdiqlədikdən sonra baş verir.

Teqlər