Məhəmməd Əli Əl-Husi Məaribin gələcəyi ilə əlaqədar açıqlama verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i376389-məhəmməd_Əli_Əl_husi_məaribin_gələcəyi_ilə_əlaqədar_açıqlama_verib
Yəmənin İnqilabı Ali Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Məaribin gələcəyi ilə əlaqədar açıqlama verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2021 20:45 Asia/Baku
  • Məhəmməd Əli Əl-Husi Məaribin gələcəyi ilə əlaqədar açıqlama verib

Yəmənin İnqilabı Ali Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Məaribin gələcəyi ilə əlaqədar açıqlama verib.

SəhərAzəri xəbər verir ki, Məhəmməd Əli Əl-Husi Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “İstər Məaribdə, istərsə də Yəməndəki başqa bir yerdə hərbi həll yolu istəmirik. Yəməni mühasirəyə alan işğalçı Səudiyyə, BƏƏ, ABŞ və Böyük Britaniya hərbi yol tətbiq edirlər”.

 Yəmənin İnqilabı Ali Komitəsinin sədri növbəti tvitində bunları qeyd edib: “İŞİD və Əl-Qaidə kimi terror qrupları, qəsbkarlarla birlikdə şəhəri tərk etdikdə, Məarib döyüşləri sona çatacaq. Mən xaricilərə Məaribi tərk etmələrini məsləhət görürəm”.

 Yəmən ordusu və inqilabi xalq komitələrinin Məarib cəbhəsindəki Səudiyyə rejiminin təcavüzkarlarına qarşı mübarizədə irəliləməsi davam edir. Yəmən müqavimət qüvvələri son günlər cəbhədə mühüm uğurlar əldə ediblər. Bu da Səudiyyə rejiminin özünü bataqlıqdan xilas etmək üçün beynəlxalq güclərə müraciət etməsinə səbəb olub.Deyerler.org