Apr 29, 2021 13:52 Asia/Baku
  • Seyid Həsən Nəsrullah: “Qüds gənclərinin səylərini alqışlayıram”

Livan Hizbullahının baş katibi aprelin 27-si çıxış edərək, Əl-Əqsa məscidi ətrafında Qüds müsəlmanlarının ekstremist sionistlər ilə arasındakı qarşıdurmalarından söz açaraq, fələstinli gənclərin dayanıqlığını və əzmkarlığını yüksək qiymətləndirib

SəhərAzəri xəbər verir ki S.H.Nəsrullah belə deyib:"Qüds müsəlmanlarının göstərdiyi əzm, xüsusən də onların, meydanda tam silahlanmış sionist düşmənlə üz-üzə durması təqdirəlayiqdir". Seyid Həsən Nəsrullah, həmçinin Qüdslə həmrəylik əlaməti olaraq, İordan çayını qərb sahilinin və Qəzzanın bu mübarizədə göstərdiyi birliyi qeyd edib.

"Deyerler.org"un Qərbi Asiya KİV-nə istinadən verdiyi xəbərə görə, Seyid Həsən Nəsrullah Bağdaddakı İbn əl-Xətib xəstəxanasında baş verən yanğınla əlaqədar olaraq İraq rəhbərliyinə və xalqına başsağlığı verərək, Uca Allahdan qurbanların ailələrinə səbir və xəstələri üçün şəfa diləyib.

 

Teqlər