Apr 29, 2021 13:57 Asia/Baku
  • Yəməndən Səudiyyə rejiminin vəliəhdinin sözlərinə ilk reaksiya

Yəmən Milli Qurtuluş Hökuməti Səudiyyə rejiminin kralının vəliəhdi Məhəmməd bin Salmanın dünənki (27 aprel) müsahibəsində, “heç bir ölkənin başqa bir ölkənin öz ərazisindəki hərbi mövcudluğunu qəbul etməyəcəyini” bildirməsinə münasibət bildirib.

SəhərAzəri xəbər verir ki, Yəmən Milli Qurtuluş Hökümətinin danışıqlar qrupunun üzvü Əbdül Malik Əl-Əcri dünən axşam Tvitter mesajında Səudiyyə rejiminin vəliəhdinin Yəmənlə bağlı dediklərinə belə reaksiya verib: “Məhəmməd bin Salman, heç bir ölkənin sərhədlərində silahlı hərbi qüvvənin olduğunu qəbul etməyəcəyini söylədi. Bu yaxşı bir şeydir, amma digər tərəfdən xarici bir ölkənin öz ərazisindəki hərbi varlığını qəbul etmək istəyən ölkə yoxdur. Sərhədlər iki ölkə arasında imzalanan müqavilələrlə təşkil olunur. Bu tənlik Səudiyyə rejimi ilə sülhə və Yəməndə sabitliyə yol açmağın ən yaxşı yoludur”.

 Səudiyyə rejiminin vəliəhdi dünən gecə Al-Arabiya televiziyasına verdiyi müsahibəsində Yəmənin Milli Qurtuluş Hökümətini danışıqlar masasına oturmağa dəvət etmişdi.

 

Teqlər