Apr 29, 2021 22:53 Asia/Baku
  • Yəmən qüvvələri Məaribdə Səudiyyə rejiminin müdafiə xəttlərini darmadağın etdi

Xəbər mənbələri Yəmən ordusunun və inqilabi xalq qüvvələrinin Səudiyyə rejiminin koalisiyasının Məarib şəhəri ətrafındakı muzdlu qüvvələrinin yeni müdafiə xəttlərini darmadağın etdiklərini açıqlayıblar.

SəhərAzəri:Livanın Əl-Əxbar qəzetinin meydandakı mənbələrə istinadən verdiyi xəbərə görə, Yəmən qüvvələri Məarib şəhərinə doğru irəliləməyə davam edərkən, Səudiyyə rejiminin koalisiyasına bağlı qüvvələr Məaribin qərbindəki yüksəkliklərdə müdafiə xətləri qurmağa başlayıblar, ancaq Yəmən qüvvələri bu mövqeləri də məhv etməyi bacarıblar.

 Xəbərdə Yəmən qüvvələrinin irəliləməyə davam edib bir çox yüksək rütbəli hərbi komandirləri zərərsizləşdirməklə qarşı tərəfə böyük zərbə vurduğu qeyd olunub.

 Məaribdəki xəstəxana mənbələri son 24 saat ərzində Səudiyyə rejiminin koalisiyasının 63 əsgərinin öldüyünü və 22 nəfərin yaralandığını bildiriblər.

 

Teqlər