Apr 30, 2021 11:03 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə körpünün uçması nəticəsində onlarla nəfər ölüb və yaralanıb

İşğal olunmuş ərazilərdə körpünün uçması nəticəsində azı iki yüz nəfər ölüb və yaralanıb.

SəhərAzəri xəbər verir ki, bu gün səhər saatlarında Əlxəlil şəhərinin şimal-qərbində yerləşən Cərməq dağının yaxınlığında bir yəhudi dini mərasimi zamanı körpünün uçması nəticəsində azı qırx nəfər ölüb, yüz əllidən çox nəfər də yaralanıbdır.

On minlərlə sionist dünən gecə illik dini mərasimi keçirmək üçün/ yaşı ikinci əsrə qayıdan bir məbədə toplaşmışdı.

Bəzi medialar bu hadisənin/ mərasimin keçirilməsi üzrə tribunanın uçmasından irəli gəldiyini və hadisədə iki yüz nəfərin yaralandığını elan ediblər.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bu hadisəni ölümcül bir fəlakət adlandırıb.

Teqlər