May 02, 2021 11:34 Asia/Baku
  • Yəmənlilər «Məlik Xalid» bazasına PUA ilə hücum ediblər

Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi bazar günü səhər saatlarında bu ölkənin ordusu və xalq komitələrinin Ərəbistanın cənubunda yerləşən Əsir əyalətindəki «Xəmis Muşait» bölgəsində yerləşən «Məlik Xalid» aviabazasına qarşı PUA hücumundan xəbər verib.

Yəhya Əlsərii bildirib ki, yəmənli qüvvələr «Məlik Xalid» hava bazasını «Qasif K-2» pilotsuz uçuş aparatı ilə hədəfə alıblar.

Əməliyyatın dəqiq aparıldığını bildirən Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi bu hücumun Yəmənə qarşı təcavüzlərin və blokadanın kəskinləşməsinə qanuni cavab olduğunu qeyd edib.

Ərəbistanın cənubunda yerləşən «Məlik Xalid» aviabazası, həmçinin «Cizan» və «Əbha» hava limanları son aylar dəfələrlə Yəmənin ordusu və xalq komitələrinin raket və PUA bölmələri tərəfindən hədəfə alınıblar.

Bu iki hava limanı, həmçinin «Məlik Xalid» aviabazası səud koalisiyasının Yəmənə qarşı hücumlarında istifadə olunan qırıcılara dəstək və yanacaqdoldurma məkanıdırlar.

Səudiyyə Ərəbistanı ABŞ-ın, əmirliklərin və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirə etdi.

Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on yeddi mindən çox yəmənlinin ölümünə, on minlərlə nəfərin yaralanmasına, milyonlarla yəmənlinin isə didərgin düşməsinə bais olubdur.

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin ərzaq və dərman çatışmazlığı ilə üzləşdirib.

Səudiyyə rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqaviməti səbəbindən öz məqsədlərinə nail ola bilməyiblər.

Teqlər