May 05, 2021 22:25 Asia/Baku

Seyid Həsən Nəsrullah sionistlərə xitabən deyib: "Bilirsinizmi, bu rejimin ömrü qısadır və gələcəyi yoxdur?"

SəhərAzəri xəbər verir: Livan Hizbullahının baş katibi vurğulayıb ki, bu gün müsəlmanların Qüds və Fələstin xalqının amalı qarşısında məsuliyyəti daha da böyükdür".

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Fələstin və Qüdsün amalını yer kürəsinin ən müqəddəs məsələsi olaraq xarakterizə edib və müqavimətin Qüdsün azad edilməsinə sadiq olduğunu vurğulayıb.

Livan Hizbullahının baş katibi vurğulayıb: "Biz bir daha Müqavimətə, müqavimət qüvvələrinə və müqavimət hərəkatlarına aid olan vahid bir minbər və tribunadan Fələstin amalına inancımızı və sadiqliyimizi, bu məsuliyyət qarşısında öhdəlikli olduğumuzu və yer kürəsinin ən müqəddəs məsələsi qarşısında bu ilahi, insani, əxlaqi, dini və şərii borcumuzu yerinə yetirməyə israr etdiyimizi bəyan edirik."

Teqlər