May 08, 2021 11:09 Asia/Baku
  • Əl-Əqsa məscidində fələstinlilərə qarşı amansızlıq: 178 yaralı var

Sionist rejim Əl-Əqsa məscidində fələstinlilərə amansızcasına hücum etdi

SəhərAzəri  Deyerler.org portalına istinadla xəbər verir:  Sionist rejimin qüvvələri dünən (7 may) axşam Əl-Əqsa məscidində fələstinli ibadət edənlərə hücum edərək, bir çoxunu yaralayıblar.

Fələstin mediası, ilkin statistikaya görə, sionist silahlıların Əl-Əqsa məscidinin içərisində ibadət edənlərə etdiyi şiddətli hücum nəticəsində ən azı 178 fələstinlinin yaralandığını bildirib.

Qarşıdurmalar hal-hazırda Əl-Əqsa məscidindən cümə günü sionist əsgərlər tərəfindən bağlanmış və yaşayış məntəqələri xaricindəki fələstinlilərin içəri girməsinə icazə vermədiyi Bab Əl-Əmuda darvazasına qədər ərazini əhatə edir.

Qüdsün mərkəzindəki Bab Əl-Əmud bölgəsi son 10 gündə sionist əsgərlərlə Qüds xalqı arasında toqquşmalara səhnə olub. Qüds sakinləri İsrail rejiminin Qüdsü yəhudiləşdirmə proqramınına icazə verməyəcəklərini vurğulayırlar.

Məlumatda qeyd olunur ki, Əl-Əqsa məscidində cümə namazında on minlərlə fələstinlinin iştirakı və daha sonra Beynəlxalq Qüds Günü münasibətilə Əl-Əqsa məscidinin həyətlərində ibadət edənlərin toplanması sionist rejimdə hiddət və qorxuya səbəb olub. Son günlərdə Qüds xalqına qarşı edilən bütün məhdudiyyətlərə və hücumlara baxmayaraq, Əl-Əqsa məscidində müsəlmanların toplaşmalarına mane ola bilməyiblər.

Bu arada Fələstinin İslami Cihad hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə cümə gecəsi Qüdsdə baş verənlərə sərt reaksiya verərək, belə deyib: “Qüdsdə baş verənlər qarşısında susmaq mümkün deyil və düşmən hər zaman cavabımızı gözləməlidir”.

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) da cümə gecəsi Əl-Əqsa məscidi hadisəsinə reaksiya olaraq belə bir bəyanat verib: “İşğalçı rejimin Məscidül-Əqsaya ibadət edənlərə etdiyi işlər, sionist müharibəsinin Qüds xalqına və ibadət azadlığına qarşı olduğunu göstərir”.

HƏMAS-ın lideri İsmayıl Haniyə sionist əsgərlərin Əl-Əqsa məscidinə hücumunun nəticələri barədə xəbərdarlıq edərək, sionist rejimin fələstinli ibadət edənlərə qarşı hücumlarını dayandırmaq üçün bir sıra yerli məmurlara zəng etdiyini söyləyib.

Haniyə Netanyahuya xəbərdarlıq edərək, belə deyib: “Odla oynamayın, əlimizdə olan hər şeylə Əl-Əqsa məscidini və Şeyx Cərrahı müdafiə edirik və bu döyüşün məğlub olanı sizsiniz”.

Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas da belə bir bəyanat verib: “Beynəlxalq ictimaiyyəti millətimizin beynəlxalq dəstəyi və müqəddəsliklərimiz üçün bütün məsuliyyəti öz üzərinə götürməyə çağırırıq. Düşmən Qüdsdə nəticəsi bilinməyən axmaqlıq etdi.

 

 

Teqlər