May 09, 2021 13:49 Asia/Baku
  • Sionist rejimin baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib

Sionist medialar Qüdsü işğal etmiş rejimin baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyalarının davam etməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir ki,"Qara hərəkatlar" adlanan etiraz hərəkatının tərəfdarları Paris Meydanında, həmçinin işğal edilmiş Qüdsün qərbində yerləşən və Netanyahunun iqamətgahına gedən Balfour küçəsində aksiya keçiriblər. Onlar sionist rejimin baş naziri Benyamin Netanyahunun siyasətlərinə qarşı şüarlar səsləndiriblər.

Etirazçılar korrupsiya, rüşvətxorluq, fırıldaqçılıq və korona ilə mübarizədəki zəif fəaliyyət kimi hərkətlərinə görə Netanyahunun hakimiyyətdən getməsini tələb ediblər.

Digər tərəfdən, işğal altında olan Qüdsdə və işğal olunmuş Fələstinin digər şəhərlərində yaşayan ərəblər də sionist rejimin cinayətlərinə qarşı aksiya keçiriblər.

Onlar ötən günlərdəki hadisələrin qurbanlarına dəstək olduqlarını ifadə edən şüarlar veriblər.

Cümə günü axşam əl-Əqsa məscidi və ona qonşu olan məhəllələr, xüsusilə də "Bab əl-Əmud" məhəlləsinin əraziləri sionist hərbçilərin fələstinlilərə təkrar hücumları meydanlarına çevriliblər.

Fələstin Qırmızı Aypara cəmiyyəti bildirib ki, cümə günü axşamçağı sionist hərbçilərin və sionist qəsəbə sakinlərinin Məsciduləqsada, “əl-Şeyx Cərrah” və "Bab əl-Əmud" məhəllələrində fələstinlilərə qarşı hücumlarında azı 205 nəfər yaralanıbdır ki, onlardan 88 nəfəri xəstəxanaya köçürülübdür.

Teqlər