Qüdsün vəziyyəti sabiq qaydaya qayıtmadan atəşkəsdən söz gedə bilməz
Fəth hərəkatının hərbi qolu olan «Kətaib Ələqsa» qrupunun komandanlarından biri vurğulayıb ki, bu müharibə sionist rejim Fələstin xalqının tələblərinə təslim olanadək davam edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, o, Əlaləm informasiya kanalı ilə müsahibədə sonra deyib ki, bu uzun bir savaşdır və indiyədək atəşkəs barədə heç bir söhbət edilməyibdir.
Bu Ələqsa komandanı sionist rejimə xitabən deyib ki, Qüdsün vəziyyəti sabiq qaydaya qayıtmadan atəşkəsdən söz gedə bilməz.
«Ələqsa şəhidləri» batalyonu son vaxtlar bir bildirişdə öz qüvvələrindən istəyibdir ki, qorxaq sionist qəsəbə sakinlərini və sionist rejimin qorxaq əsgərlərini başlı-başına buraxmasınlar.
Bu batalyonlar öz qüvvələrinə xitabən bildiriblər ki, qəhrəman qərb sahilindəki sionist rejim düşərgələrini, sionistsakinli qəsələbələri və yolları özləri üçün bir hədəfə və düşmən üçün dözülməz bir cəhənnəmə çevirməlidirlər.
Bununla bağlı, Əlqəssam batalyonlarının sözçüsü Əbu Ubəydə qərb sahilinin sakinlərindən istəyibdir ki, sionistlərin ayaqları altındakı yeri cəhənnəmə çevirsinlər.
«Səraya Əl-Quds» batalyonunun sözçüsü Əbu Həmzə də qərb sahilinin sakinlərindən istəyibdir ki, sionist düşmənlə döyüş miqyasını genişləndirsinlər.