Həşduşşəbi-nin komandirlərindən biri azad edilib
İraq parlamentinin bir üzvü son zamanlar iraqlı və amerikan xüsusi təyinatlı qüvvələr tərəfindən həbs olunmuş Əlhəşduşşəbi təşkilatında Ələnbar vilayəti üzrə əməliyyat komandiri Qasim Muslihin azad edildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,İraqın media mənbələri dünən bildiriblər ki, iraqlı və amerikan xüsusi təyinatlı qüvvələr Əlhəşduşşəbi komandiri Qasim Muslihi Bağdadın cənubunda yerləşən Əldurə rayonunda həbs ediblər.
Bəzi mənbələr bu Əlhəşduşşəbi komandirinin həbs olunmasının səbəbini onun amerikan karvanların qeyri-rəsmi keçidlər vasitəsi ilə Suriyadan İraqa daxil olmalarına mane olması elan eidblər.
İraq parlamentində «Fəth» fraksiyasının nümayəndəsi Falih Əlxəzəli bir tvittdə yazıbdır ki, Əlhəşduşşəbi-nin Ələnbar vilayəti üzrə əməliyyat komandiri Qasim Muslih azad edilərək, Əlhəşduşşəbi-nin təhlükəsizlik qüvvələrinə təhvil verilib.
Qasim Muslihin həbs olunması İraqdakı müqavimət qruplarının kəskin tənqidləri və reaksiyaları ilə üzləşibdir.