May 28, 2021 15:39 Asia/Baku
  • Qüds müqavimət cihadının həmişəlik qibləsidir

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun üzvü vurğulayıb ki, Fələstin xalqı bizim qırmızı xəttimizdir və Qüds də bizim cihad qibləmiz olaraq qalacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Xəlil Əlhəyyə deyib ki, fələstinlilər sionistlərin son təcavüzündə işğalçı düşmənin bayrağını məhv etdi və şəhərlərinin simasını ruhlar, qorxu və dəhşət şəhərinə çevirdilər.

Qüds qılıncı öz qınınndan çıxarıldı və Qüds azad edilmədən qınına girməyəcək; sionist rejim indi yaxşı bilməlidir ki, Fələstin ərazisində onlara yer yoxdur- Əlhəyyə belə deyib.

«Əgər öz təcavüzkar hərəkətlərinizə geri dönsəniz, biz də geri dönəcəyik və yəqin bilin ki, qələbə bizimlədir»- deyə Həmas-ın siyasi bürosunun bu üzvü sionist rejimə xitabən vurğulayıb.

Sionist rejim mayın onunda Qəzzə zolağında və qərb sahilində fələstinlilərə qarşı savaşa başladı. Fələstin müqavimət qüvvələrinin bu təcavüzlə mübarizədə modern silahlardan istifadə etmələri sionistlərin şoka düşmələri və sonda bu qəsbkar rejimin biabırçılıqla məğlub olması ilə nəticələndi.

Teqlər