İyun 01, 2021 13:37 Asia/Baku
  • Qərbin kəşfiyyat orqanlarının Suriyadakı terror qrupları ilə əlaqəsi

Sputnik informasiya agentliyi bir kəşfiyyat mənbəyinə istinadla Qərbin kəşfiyyat orqanlarının Suriyadakı terror qrupları ilə əlaqəsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Sputnik bildirib ki, Qərbin kəşfiyyat orqanları Suriyada fəaliyyət göstərən terror qrupları ilə əlaqə qurmaqdadırlar.

Sputnik həmçinin bu mənbəyə istinadla qeyd edib ki, Cibhətunnusrə terror qrupunun başçısı Türkiyə-Suriya sərhədində İngiltərənin MI-6 məxfi kəşfiyyat təşkilatının nümayəndələrilə görüşübdür.

Rəsmi məlumatlara görə, Amerika və bu ölkənin qərbli və ərəb şərikləri İŞİD də daxil olmaqla terror qruplarının silahlanmaları və maliyyələşdirilmələri üzrə əsas himayədarlardan sayılırlar.

Suriyada böhran 2011-ci ildən Ərəbistan, Amerika və müttəfiqləri, o sıradan İngiltərə və Fransanın dəstək verdikləri terror qruplarının region parametrlərini sionist rejimin xeyrinə dəyişmək üzrə geniş hücumları ilə başlanıbdır.

Teqlər