Hizbullah: "Əgər sionist rejimlə müharibə baş verərsə, cəhənnəmi görəcəklər"
Livan Hizbullahının Mərkəzi Şurasının üzvü sionist rejimlə müharibə olacağı təqdirdə, hətta yuxuda belə görmədikləri bir cəhənnəm atəşini görəcəklərini vurğulayıb.
SəhərAzəri-nin "Əl-Minar"a istinadən məlumatına görə, Livan Hizbullahının Mərkəzi Şurasının üzvü Həsən Əl-Bəğdadi deyib: "Lizbullah Livanda İsrail düşmənin komandirlərinin özünə qarşı cəsarət iddialarını eşidir, lakin onlar təkəbbürlərini azaltmalı və bir daha hesablamalarında səhvə yol verməməli olduqlarını bilməlidirlər".
"İsrail rejimi komandirləri dərs almır və əsl siyasəti başa düşmürlər, çünki onların düşmən və cinayətkar təbiətləri, bu rejimin yüksək sürətlə həyatdan silinəcəyinə dair ümidləri artırır", - deyə Əl-Bəğdadi əlavə edib.
Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasim də bu yaxınlarda Qəzzə və Livan müqaviməti arasındakı koordinasiya barədə deyib: "İran İslam Respublikası ilə Hizbullah və Fələstin müqaviməti arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir və biz Hizbullahda sionist rejimin Qəzzəyə son təcavüzü kimi müharibələrlə üzləşməyə həmişə hazırıq".
Qeyd edək ki, sionist rejim mayın 10-da İordan çayının qərb sahilində və Qəzza zolağında fələstinlilərə qarşı bir müharibə başlatdı, Fələstinin müqavimət qüvvələrinin bu təcavüz qarşısında qabaqcıl silahlardan istifadə etməsi sionistləri təəccübləndirdi və nəticədə qəsbkar rejim rəzilliklə məğlubiyyəti qəbul etdi.