Türkiyə Ərəbistana PUA-lar satıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i378280-türkiyə_Ərəbistana_pua_lar_satıb
Türkiyə Ərəbistana üç ədəd hərbi-hücum PUA-sı satıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2021 12:45 Asia/Baku
  • Türkiyə Ərəbistana PUA-lar satıb

Türkiyə Ərəbistana üç ədəd hərbi-hücum PUA-sı satıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə hökuməti bu barədəki satışını BMT-nin adi silahların alqı-satqısının qeydiyyatı ofisinin siyahısında qeydə aldırıb.

Yayılan məlumatda Ərəbistana satılmış pilotsuzların tipinə işarə olunmayıbdır.

Türkiyə və Ərəbistan rəsmiləri də indiyədək bu xəbərə reaksiya verməyiblər. Amma Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan mart ayında demişdi ki, Ərriyad Ankaraya Türkiyə istehsalı olan PUA-ların satın alınması barədə ərizə verib.

Belə bir halda, BMT Ərriyadın Yəməndəki müdaxilə mahiyyətli hərəkətlərinə və bu ölkədə mülkilərin səudiyyə ordusu tərəfindən qırğın edilməsinə görə, Ərəbistana silah ixracatına qarşıdır.