İyun 26, 2021 20:22 Asia/Baku
  • Həşdüş-Şəbinin paradı İraqda Tvitterdə trendə çevrilib
    Həşdüş-Şəbinin paradı İraqda Tvitterdə trendə çevrilib

Həşdüş-Şəbi Təşkilatı qüvvələrinin bu gün keçirilən paradı İraqda ən qızğın haştaqların önündə gedir və bu ölkədə Tvitterdə trendə çevrilib.

SəhərAzəri-nin məlumatına əsasən, İraqın bu günkü trendlərinin siyahısı göstərir ki, Həşdüş-Şəbi qüvvələrinin paradı ilə əlaqədar haştaqlar istifadəçilər arasında ən çox müzakirə edilən mövzu olubdur və haştaqların önündə gedir. 

İraqlı sosial şəbəkə istifadəçiləri, bu paradı vəsf etmək üçün şərəf paradı, quruluşun əzəməti paradı, hakimiyyət və komandanlıq nümayişi və Həşdüş-Şəbinin paradı kimi haştaqlardan istifadə ediblər.

ABŞ-ın bütün təzyiqləri və narazılığına baxmayaraq, Həşdüş-Şəbi qüvvələrinin bu möhtəşəm paradı baş nazir və İraqın yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmilərinin iştirakı ilə keçirilib.

Teqlər