İyun 28, 2021 12:27 Asia/Baku
  • ABŞ-ın İraq torpağına hava hücumunda 7 nəfər ölüb və ya yaralanıb

ABŞ-ın İraqın qərbinə endirdiyi hava zərbələrində Həşdüş-Şəbi qüvvələrindən yeddi nəfər şəhid olub və ya yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən, bazar ertəsi günü səhər saatlarında İraq və Suriya sərhəddində yerləşən Həşdü-Şəbi qüvvələrinin bazasına endirilən aviazərbələrdə bu təşkilatın 4 üzvü şəhid olub, 3-ü isə yaralanıb.

Suriya mənbələri ABŞ qırıcılarının Suriya-İraq sərhədində yerləşən "Bukamal" bölgəsindəki mövqeləri hədəfə aldıqlarını bildirblər. 

Hava hücumu zamanı Suriya vətəndaşlarının bir neçə evi də hədəf alınıb, nəticədə bir uşaq ölüb, üç mülki isə şəxs yaralanıb.

Eyni zamanda ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon bir bəyanat yayaraq, ABŞ Hərbi Hava Qüvvələrinin hücumları bu ölkə prezidenti Co Baydenin göstərişi ilə həyata keçirdiklərini açıqlayıb.

İraqın "Kətaib Seyyid Əş-Şühəda" müqavimət qrupu da, bundan sonra amerikalı işğalçılar ilə müharibənin məhdudiyyətsiz olacağını və ilk addımda onların İraq səmasındakı uçuş aparatlarının hədəfə alınacağını bildirib. 

Teqlər