İyul 01, 2021 13:11 Asia/Baku
  • PUA-lar Beyrutun Mazi məhəlləsinə tərəf uçurmuşlar

Bəzi informasiya mənbələri bu gün səhər saatlarında sionist rejimin dörd ədəd PUA-nın Livan Hizbullahı tərəfindən vurulmasından xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, İraqın «Sabirin Nyus» kanalı bildirib ki, Livan Hizbullahı qüvvələri/ dənizdən Livanın paytaxtı Beyrutun Mazi məhəlləsinə tərəf hərəkət edən sionist rejimin dörd ədəd PUA-sı ilə vuruşaraq, onları vurublar.

Bu xəbər haqda artıq təfərrüat hələ yayılmayıb.

Sionist rejim daima Livanın hava, dəniz və quru məkanlarını pozur.

Sionist rejim həmçinin bəzi hallarda Livanın səmasından Suriyaya hücum üçün istifadə edir.

Livan daima beynəlxalq ictimaiyyətdən istəyibdir ki, bu təcavüzlərlə bağlı sionist rejimə xəbərdarlıq edərək, onların davam etməsinə mane olsun.

BMT Təhlükəsizlik Şurasının sionist rejimin 2006-cı ildə Livana qarşı otuz üç günlük savaşından sonra qəbul edilən 1701 saylı qətnaməsi sionist rejimi Livana qarşı düşmənçilik hərəkətlərindən çəkindirir, amma bu rejim həmin qətnaməyə məhəl qoymadan Livanın dəniz, quru və hava məkanlarını pozur.

Teqlər