Livan sosial partlayış faciəsinə yaxındır
Yanacaq çatışmazlığı Livanda böhran yaratmaqdadır
Livan işlərinin irəlilədilməsi hökumətinin baş naziri səfirlərlə görüşdə bildirib ki, bu ölkə sosial partlayışa və faciənin baş verməsinə yaxındır.
SəhərAzəri-nin məlumatına əsasən, o, bütün dostlar və qardaşlardan istəyibdir ki, Livanı xilas etsinlər.
Həsən Diab deyib ki, Livan faciənin uçurumunda qərar tapıb. Bu faciənin nəticələri yaxın və ya uzaq gələcəkdə Livandan xaricə də təsir göstərəcək və heç kəs özünü Livanın dağılması təhlükəsindən kənara çəkə bilməz.
«Biz Livana köməyin/ islahatların icrası ilə əlaqəsinin olması barədə ardıcıl çağırışlar eşitmişik. Livan maliyyə və idarə islahatlarına ehtiyac durur»-deyə Diab bildirib.
Livanın hökuməti və siyasi xadimlərinin/ Hizbullahın İrandan yanacaq satın almaq və ölkəni Amerikanın sanksiya təzyiqindən xilas etməyə dair təklifinə diqqətsizliyi nəticəsində yanacaq çatışmazlığı Livanda böhran yaratmaqdadır.