Fələstinli əsirlər qeyri-məhdud aclıq elan ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i378866-fələstinli_əsirlər_qeyri_məhdud_aclıq_elan_ediblər
Ufer və Əlnəqəb məhbəslərindəki fələstinli əsirlər bildiriblər ki, 65 gündür aclıq keçirən əsir ilə həmrəylik məqsədilə aclıq keçirəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2021 16:52 Asia/Baku
  • Fələstinli əsirlər qeyri-məhdud aclıq elan ediblər

Ufer və Əlnəqəb məhbəslərindəki fələstinli əsirlər bildiriblər ki, 65 gündür aclıq keçirən əsir ilə həmrəylik məqsədilə aclıq keçirəcəklər.

SəhərAzəri-nin məlumatına əsasən, Əlxəlilin cənubunda yerləşən və Dura şəhərindən olan fələstinli əsir Qəzənfər Əbu-Ətvan müvəqqəti və ya idari həbs adlı mühakiməsiz həbsə etiraz olaraq, dalbadal 65 gündür aclıq aksiyası keçirir.

Təqribən 4500 fələstinli, o sıradan qırx qadın, 250 uşaq və təqribən 520 mühakiməsiz məhbus sionist rejim zindanlarında həbsdədirlər.