Taliban Əfqanıstan-Tacikistan sərhədlərinin üçdə iki hissəsini nəzarətə alıb
Rusiya xarici işlər nazirliyi bildirib ki, Taliban Mərkəzi Asiyada Əfqanıstan-Tacikistan sərhədlərinin üçdə iki hissəsini öz nəzarəti altına alıb.
SəhərAzəri-nin məlumatına əsasən, biz Əfqanıstan-Tacikistan sərhədində gərginliyin sürətlə artması haqda məlumatlar almışıq. Taliban çox sürətlə sərhəd bölgələrinin əsas bölmələrini qəsb edib və hazırda Tacikistanla sərhədlərin üçdə iki hissəsini nəzarətə alıb- deyə, Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Son zamanlar Kreml-in Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi olan Rusiya xarici işlər nazirinin müavini Zəmir Kabulov demişdi ki, Taliban Əfqanıstanın bu ölkənin qonşuları ilə olan sərhədlərinə hörmət edəcəyinə söz verib.
Talibanın Əfqanıstan boyu irəliləməsi Amerika prezidenti Co Baydenini bu ölkə qüvvələrinin Əfqanıstandakı tapşırıq müddtəinin cari il avqustun 31-dək başa çatdığını bildirməsi fonunda baş verir.
Bununla belə, Bayden müxbirlərdən birinin «Sizcə, Taliban qrupunun Əfqanıstana yiyələnməsi qaçılmaz olub?» sualının cavabında deyibdir ki; xeyr, belə deyil.