Sionist rejimə məxsus PUA Qəzzənin şimalında vurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i379056-sionist_rejimə_məxsus_pua_qəzzənin_şimalında_vurulub
Media mənbələri sionist rejim ordusunun bir pilotsuz təyyarəsinin Qəzzə zolağının şimalında fələstinli gənclər tərəfindən vurulduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2021 15:11 Asia/Baku
  • Sionist rejimə məxsus PUA Qəzzənin şimalında vurulub

Media mənbələri sionist rejim ordusunun bir pilotsuz təyyarəsinin Qəzzə zolağının şimalında fələstinli gənclər tərəfindən vurulduğunu bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Qəzzənin şimalındakı "Tubas"ın cənubunda yerləşən "Əl-Fareə" düşərgəsinin fələstinli gəncləri sionist rejimə məxsus bir PUA-nı vurublar.

Sionist rejim ordusu bir bəyanatda Qərb sahilinin şimalında PUA-larından birini itirdiyini rəsmən təsdiqləyib, amma bu pilotsuzun texniki problemlər səbəbindən Tubas bölgəsində qəzaya uğradığını iddia edib. 

Fələstinli mənbələr dünən də Qəzzə zolağının şimalında sionist rejimin vurulmuş PUA-sının tapıldığını bildiriblər.