İyul 16, 2021 18:48 Asia/Baku
  •  sionist rejim casusu
    sionist rejim casusu

Livan daxili təhlükəsizlik qüvvələrinin baş idarəsi bildirib ki, bu ölkənin qüvvələri sionist rejimin kəşfiyyat təşkilatı üçün casusluq edən bir şəxsi yaxalaya biliblər.

SəhərAzəri-nin məlumatına əsasən, Livan daxili təhlükəsizlik qüvvələrinin baş idarəsi bu gün bir bəyanatda sonra bildirib ki, sionist rejim üçün casusluq edən bir şəxsi Livanın cənubunda yerləşən “Qərbi Bəqa” rayonunda yaxalayıbdır.

Livanın təhlükəsizlik qüvvələri bu şəxsi iyunun otuzunda həbs ediblər.

Bəyanata görə, bu şəxs istintaq edildikdən sonra etiraf edibdir ki, 2019-cu ilin əvvəllərində sionist rejimin təhlükəsizlik xidmətlərinə email göndərərək, onlarla əməkdaşlıq etmək istədiyini bildiribdir.

 

Teqlər