İyul 26, 2021 19:26 Asia/Baku
  • İraqda peşmərgələr ağır texnika ilə təchiz olunur

İraqda ABŞ-ın rəhbərliyi altındakı koalisiya İŞİD əleyhinə mübarizə bəhanəsilə kürd Peşmərgələrinə hərbi yardım göndərib.

SəhərAzəri xarici mediaya istinadən xəbər verir ki, koalisiya qüvvələri Ərbildə keçirilən təhvil-təslim prosesində mərkəzi hökumətdən icazəsiz Peşmərgə Nazirliyinə 70-ə yaxın nəqliyyat vasitəsi təqdim edib.

Hərbi yardım tanker, zirehli avtomobil və hərbi yük maşınlarından ibarət olub.

Qeyd edək ki, İraq baş naziri Mustafa Kazımi mətbuata açıqlamasında İŞİD-lə mübarizə üçün ABŞ əsgərlərinə ehtiyac olmadığını bildirmişdi.

Hazırda İraq ordusu Həşd əl-Şəbi xalq qüvvələrinin köməyi ilə İŞİD terror qruplaşmasının qalıqlarına qarşı mübarizəni davam etdirir.

Bu məqsədlə İraq Ordusu ölkənin Səlahəddin əyalətində İŞİD üzvlərinin aşkarlanması və ələ keçirilməsi istiqamətində yeni əməliyyata başlayıb.

Bildirilir ki, İŞİD-in gizli sığınacaqlarına qarşı əməliyyat Səlahəddin əyalətində keçiriləcək.

Qeyd edək ki, İŞİD 2014-2017 -ci ildə İraqda bır sıra əyalətləri nəzarətdə saxlasa da 2018-ci ilin əvvələrində bütün coğrafi ərazilərini itirib və ucqar bölgələrdə gizli sığınacaqlarına çəkilib.

Teqlər