Avq 01, 2021 12:07 Asia/Baku
  • Təcridxanalarda günahsız fələstinlilər saxlanır

Sionist mənbələr bildiriblər ki, sionist rejim 1971-ci ildə Sina yarımadasında son dərəcə gizli bir çətir altında heç bir pozuntu halında ittiham edilməyən Qəzzə zolağında yaşayan fələstinlilər üçün iki təcridxana inşa edib.

SəhərAzəri-nin məlumatına əsasən, sionist Haarets qəzetinin məlumatına görə, bu təcridxanaların birində müqavimət hərəkətləri etməkdə ittiham olunan Fəth hərəkatı üzvlərinin ailə üzvləri həbsdədirlər.

Haarets yazıb ki, sionist rejim ikinci təcridxanada heç bir ittihamı olmayan işsiz gəncləri həbsə atıb.

Bu sionist qəzetin yazdığına görə, həmin məhbusların bəziləri heç bir ittiham olmadan aylarla bu təcridxalarda olublar, özü də Beynəlxalq Qızıl Xaç Təşkilatının onu dözülməz adlandırdığı bir şəraitdə.

Haarets-in ifşasına əsasən, birinci təcridxana Sinanın mərkəzində, ikincisi isə Süveyş körfəzində yerləşir.

Sionistlər öz ekspansianist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edərək, fələstinliləri puç iddialarla həbs edirlər.

Hazırda sionist rejim məhbəslərində 4700 fələstinli əsir vardır ki, onların 250 nəfəri uşaq, 47 nəfəri isə qadındır.

Teqlər