İraqda Həşdüş-Şəbinin komandiri şəhid edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i379680-İraqda_həşdüş_Şəbinin_komandiri_şəhid_edilib
Media mənbələri İraqın Səlahəddin vilayətində Həşdüş-Şəbinin doqquzuncu briqadasının komandirinin naməlum silahlı şəxslər tərəfindən şəhid edilməsini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2021 16:14 Asia/Baku
  • İraqda Həşdüş-Şəbinin komandiri şəhid edilib

Media mənbələri İraqın Səlahəddin vilayətində Həşdüş-Şəbinin doqquzuncu briqadasının komandirinin naməlum silahlı şəxslər tərəfindən şəhid edilməsini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Həşdüş-Şəbinin doqquzuncu briqadasının komandiri Əbu Sadiq əl-Xəşxəşiyə İraqın Səlahəddin vilayətində evindən iş yerinə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə edilən silahlı hücum nəticəsində şəhid olub.

Bu elə bir haldadır ki, Həşdüş-Şəbi Təşkilatının sədri Fateh Əl-Fəyyaz bundan əvvəl deyib: "İŞİD -in işğalından azad edilmiş bölgələrin təhlükəsizliyinin təmin edilməsi üçün ciddi səylər göstərilməlidir və əgər bu bölgələrin təhlükəsizliyi təmin edilməsə, İŞİD ünsürlərinin fəaliyyəti artacaq".