Avq 03, 2021 14:30 Asia/Baku
  • Səud koalisiyasının qırıcıları Marəbi bombalayıblar

İnformasiya mənbələri bildiriblər ki, səud koalisiyasının qırıcı-bombardmançı təyyarələri Yəmənin qərbində yerləşən Marəb vilayətinin bölgələrini bombalayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, səud koalisiyasının qırıcı-bombardmançı təyyarələri ötən saatlarda Marəb vilayətinin Cəbəl-Murad və Sərvah rayonlarını iki növbədə bombalayıblar.

Digər tərəfdən, səud koalisiyasının qüvvələri keçən sutka ərzində Yəmənin qərbində yerləşən Əlhudəydə vilayətində atəşkəsi 238 dəfə pozublar.

Səud koalisiyasının tabeliyində olan qüvvələr Əlhudəydə vilayətində yerləşən bölgələri artilleriya və yarımağır silahlardan atəşə tutublar.

Ərəbistan ilə müttəfiqlərinin bu militarizmi indiyədək on altı mindən çox yəmənlinin öldürülməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnibdir.

Teqlər