Avq 06, 2021 12:06 Asia/Baku
  • Həzrət İmam Hüseyn(ə)
    Həzrət İmam Hüseyn(ə)

Dünya azadələrinin ağası və sərkərdəsinin qiyamı ayının gəlib çatması ilə müqəddəs Kərbəla şəhərində yerləşən Həzrət Əba Əbdillah Əl Hüseyn(ə) ziyarətgahının mübarək günbəzinin tozu alınıb.

SəhərAzəri-nin məlumatına əsasən,  İraqın Kərbəla vilayətində İmam Hüseyn(ə) vurğunlarından bir qrupu məhərrəm ayı münasibətilə Seyyiduşşuhəda, Hüseyn ibn Əli(ə)-ın ziyarətgahının mübarək günbəzinin yuyulması işini bir neçə gün bundan öncədən başlayaraq, hazırda başa vurub.

Hər il məhərrəm ayının gəlib çatması ilə dünya müsəlmanları, Həzrət Əba Əbdillah Əl Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin vurğunları əzadarlıq edirlər.

İmam Hüseyn(ə)-ın köməkçiləri və Əhli-Beytindən 72 nəfərin 61-ci hicri qəməri ilində Kərbəla qəhrəmanlıq meydanında şəhadəti hadisəsinin yaşadılması üçün aşura və ərbəin ziyarəti münasibətilə keçirilən əzadarlıq mərasimi dünya şiələrinin bu günədək həyata keçirdikləri və sadiq qaldıqları özəl və özünəməxsus mərasimlərdəndir.

 

Teqlər