Sionist rejim bəzi ticarət mallarının Qəzzəyə idxal lisenziyasını ləğv edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i379923-sionist_rejim_bəzi_ticarət_mallarının_qəzzəyə_idxal_lisenziyasını_ləğv_edib
Bir fələstinli komitə bildirib ki, sionist rejim bəzi ticarət mallarının "Kərəm Əbu-Salim" keçidi vasitəsilə Qəzzə zolağından və bu zolağa ixracı və idxalına mane olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 10, 2021 14:23 Asia/Baku
  • Sionist rejim bəzi ticarət mallarının Qəzzəyə idxal lisenziyasını ləğv edib

Bir fələstinli komitə bildirib ki, sionist rejim bəzi ticarət mallarının "Kərəm Əbu-Salim" keçidi vasitəsilə Qəzzə zolağından və bu zolağa ixracı və idxalına mane olub.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin keçidlər idarəsinin tabeliyində olan ticarət mallarının koordinasiyası komitəsi bu gün bir bəyanatda bildirib ki, sionist tərəf otuz dörd növ elektrik ləvazimatı və onların təchizatlarının "Kərəm Əbu-Salim" keçidi vasitəsilə idxalı üzrə lisenziyanı ləğv edib.

Həmçinin bu qəsbkar rejim Qəzzə zolağından taxta əl işləri sənayesi məhsullarının ixracını əngəlləyib.

Mayın onunda son savaşın başlanması ilə sionist rejim "Kərəm Əbu-Salim" keçidini tam şəkildə bağladı və atəşkəsdən sonra onu yenidən açsa da, ixracat və idxalat prosesinə kəskin məhdudiyyətlər tətbiq etdi ki, bu da ümumiyyətlə məişət və səhiyyə şəraitinin ağırlaşmasına səbəb oldu.