Kərbəla merini terror edən amil yaxalanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i379953-kərbəla_merini_terror_edən_amil_yaxalanıb
İraqın Kərbəla vilayətinin valisi Kərbəla şəhəri merini terror edən amilin yaxalanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2021 08:25 Asia/Baku
  • Kərbəla merini
    Kərbəla merini

İraqın Kərbəla vilayətinin valisi Kərbəla şəhəri merini terror edən amilin yaxalanmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Kərbəla valisi bu gün bildirib ki, Ubeyr Səlimi terror edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Müqəddəs Kərbəla şəhərinin bələdiyyə başçısı dünən bələdiyyə işçilərindən iki nəfərlə yanaşı, şəhərin Əlmuəllimçi məhəlləsinə baş çəkərkən naməlum şəxslər tərəfindən atəşə tutulub və Kərbəlada yerləşən İmam Hüseyn(ə) xəstəxanasına köçürüldükdən sonra yaralarının ağırlığı üzündən vəfat edib.

Kərbəla şəhəri merinin terrorundan sonra Kərbəla vilayətində üç gün ümumi matəm elan olunub.