Onlarla sionist qəsəbə sakini sionist xaxamla birlikdə Əl-Əqsa məscidinə basqın ediblər
Onlarla sionist qəsəbə sakini xaxam Yehuda Glik ilə birlikdə və sionist rejim polisinin dəstəyi ilə Əl-Əqsa məscidinə basqın ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Qüdsün İslami Vəqflər İdarəsi bildirib ki, sionist qəsəbə sakinləri bu cümə axşamı səhər saatlarında ardıcıl ikinci gün olaraq, qrup halında Əl-Əqsa məscidinə daxil olublar və təxribatçı bir hərəkətdə bu müqəddəs məscidin həyətlərində patrul ediblər.
Məlumata əsasən, özlərini İngiltərə və Amerika vətəndaşı kimi təqdim edən iki jurnalist də, xaxam Glik də daxil bir çox sionist qəsəbə sakini ilə müsahibə aparıblar.
Sionist qəsəbə sakinlərinin Əl-Əqsa məscidinə qanunsuz girişi elə bir haldadır ki, sionist rejimin fələstinlilərin Əl-Əqsa məscidinə girişinə hələ də məhdudiyyətlər tətbiq edir.
Qüdsü işğal edən rejim Qüdsün fələstinli sakinlərinə qarşı bir sıra məhdudiyyətlər, o cümlədən həbs etmək, sürgün etmək və cərimələr kəsmək kimi məhdudiyyətlər tətbiq edərək onları Əl-əqsa məscidindən uzaqlaşdırmağa çalışır.
İyul ayı ərzində işğalçı rejim və sionist qəsəbə sakinlərinin Fələstinin müqəddəs məkanlarına və ibadət yerlərinə qarşı hörmətsizlikləri ilə bağlı 22 hadisə qeydə alınıb, qəsbə sakinlərinin Əl-Əqsa məscidinə qanunsuz girişindən əlavə 3 fələstinli də Əl-Əqsa məscidindən sürgün ediliblər.