Avq 14, 2021 14:12 Asia/Baku
  • Livan xalqı yanacaq subsidiyasının götürülməsinə etiraz edib

Livanda yanacaq subsidiyasının götürülməsinin ardınca bir qrup qəzəbli Livan vətəndaşı Beyrutda aksiya keçirərək, bu qərarın ləğv edilməsini istəyib.

 SəhərAzəri-nin məlumatına əsasən, etirazçılar bu qərarın amili kimi Livan Mərkəzi Bankının müdiri Riyad Səlamənin evinə hücum ediblər.

Səlamənin evinə gedən yolda qoyulmuş maneələri götürmək istəyən bir qrup Livan vətəndaşı təhlükəsizlik qüvvələri ilə toqquşub və onlardan biri yaralanıb.

Çərşənbə günü Livan Mərkəzi Bankı bildirdi ki, yanacaq idxalı subsidiyasını tam şəkildə dayandırıb və bundan sonra onun idxalına lazım olan kreditləri dolların bazardakı qiymətinə əsasən təmin edəcək.

Riyad Səlamənin yanacaq subsidiyasının ödənişinin dayandırılmasına dair qərarının ardınca bu ölkənin bəzi bölgələri bu bir neçə gündə qəzəbli insanların həmin tədbirə olan etirazlarının şahidi olublar.

Livan məsələləri üzrə məlumatlı şəxslərin bir çoxu bu qərarı bu ölkənin xəstə və aciz iqtisadiyyatına vurulan yekun zərbə kimi təbir edir.

Belə bir halda, Livandakı siyasi və iqtisadi şərait böhranlıdır və hökumət boşluğunun kənarında lirənin dollar qarşısında süqut etməsi, Livan üçün mürəkkəb bir şərait yaradıb.

Teqlər