Avq 14, 2021 14:37 Asia/Baku
  • Hizbullah Livanda ən təsirli partiyadır

Livan Hizbullahının baş katibi deyib ki, Hizbullah hərəkatı hal-hazırda heyrətləndirici milli və regional təsirlərə malik olan böyük bir müqavimət simvoludur.

 SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah məhərrəm ayının beşinci gecəsində Beyrutun Cənubi Zahiyə bölgəsində etdiyi teleçıxışında İmam Hüseyn(ə)-ın haqsızlığa qarşı mübarizə yolundakı rəşadətlərinə və tarixi gerçəkliklərə işarə ilə deyib ki, hal-hazırda bütün meyarlara istinadla şübhəsiz, Hizbullah Livanda ən iri partiyadır və bunun özü, partiya üçün müəyyən məsuliyyətlər doğurur.

Sionist rejim qırıcıları ötən həftənin cümə axşamı günü 2006-cı ildən və otuz üç günlük savaşdan bəri ilk dəfə olaraq, Livanın cənubundakı bəzi bölgələri bombaladılar.

Livan Hizbullahı da sionist rejimin hava hücumuna cavab olaraq, cümə günü onlarla raket ataraq, işğal olunmuş ərazilərin şimalındakı bəzi bölgələri hədəfə aldı.

Teqlər