Avq 16, 2021 11:51 Asia/Baku
  • İsrail Suriyadakı terrorçularla görüşlər keçirdi

Suriyanın İdlib şəhərindəki terrorçu qruplaşmaların liderlərinin İsrail rejimi xüsusi xidmət orqanları ilə onlayn görüşlər keçirdiyi iddia olunur.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə yerli mənbələr məlumat yayıblar.  

Məlumatda vurğulanır ki, baş tutan görüşlər heç də məxfi şəraitdə baş tutmayıb və İsrail rejimi bununla da terrorçulara dəstəyini növbəti dəfə göstərmiş olub.  

Xatırladaq ki, Suriyada terrorçuların məğlub edilməsindən sonra İsrail rejiminin bu ölkəyə hücumları daha da artaraq şiddətlənib. 

Teqlər