Kərbəlada 6 milyon zəvvar iştirak edib
Kərbəla valiliyi Aşura günü müqəddəs Kərbəla şəhərində altı milyona yaxın İmam Hüseyn(ə) zəvvarının iştirak etdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Kərbəla valisinin müavini Casim Əlfətlavi dünən gecə Kərbəlanın Aşura günü beş min xarici zəvvar da daxil olmaqla altı milyona yaxın zəvvara ev sahibliyi etdiyini bildirib.
Kərbəlada Hüseyn Aşurası mərasimi tam təhlükəsizlikdə keçirilib.
İraqın xalq səfərbər qüvvələri təşkilatı- Həşduşşəbi bundan öncə bildirmişdi ki, bu təşkilatın yeddi mindən çox üzvü Aşura mərasimi üzrə xüsusi təhlükəsizlik layihəsində iştirak edir.
Dünən, cümə axşamı, 1443-cü hicri qəməri ili məhərrəmülhəram ayının 10-u, Hüseyn(ə) Aşurası günü idi.
Dünya səviyyəsində Hüseyn(ə) əzadarları Aşura gününün əzadarlıq mərasimini keçirərək, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı köməkçilərinin şəhadətlərinin ildönümü gününü əziz tutdular.
Ürək yandıran Kərbəla hadisəsindən və Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı köməkçilərinin şəhadətlərindən əsrlər ötsə də, nəinki bu hadisənin əhəmiyyəti və yeri azalmayıb, əksinə zaman keçdikcə, Aşuranın müraciəti daha da geniş miqyas alır və əzadarlıq mərasimləri daha artıq dərk və şövqlə keçirilir.
Dünya şiələrinin üçüncü imamı və o həzrətin vəfalı köməkçiləri hicrətin 61-ci ilinin məhərrəm ayının onunda Kərbəlada şəhid olublar.