Avq 23, 2021 20:20 Asia/Baku
  • Beytullahulhəram
    Beytullahulhəram

Müqəddəs Kəbə Ərəbistan təqvimi ilə hər il məhərrəm ayının on beşində keçirilən bir mərasimdə Zəmzəm suyu və əsl İran gülabı ilə yuyulub.

SəhərAzəri-nin məlumatına əsasən, Kəbənin içərisindəki sütun və divarların yuyulması mərasimi bu gün Məkkənin əmiri və Ərəbistan kralı Salman bin Əbdüləzizin müşaviri- Xalid Feysəlin nəzarəti altında keçirilib.

Kəbənin yuyulması mərasimi bu il koronavirus pandemiyasına görə, güclü səhiyyə tədbirləri altında həyata keçirilib.

Məscidulhəram və Məscid-ün-Nəbinin məsələləri üzrə baş müdir Şeyx Əbdürrəhman bin Əbdüləziz Əssüdeys deyib ki, müqəddəs Kəbənin yuyulması mərasimi hər il bu müqəddəs məkana diqqətin və bu müqəddəs yerə təzim və onu yüksək dəyərləndirmənin nişanəsi olan Nəbəvi ənənəsinə əsasən, keçirilir.

Kəbə hər il iki dəfə yuyulur və bir dəfə də mübarək zihəccə ayının doqquzuncu günündə- Ərəfə günündə onun pərdəsi dəyişdirilir.

 

Teqlər