Yəmən: "Səudiyyə neft gəlirlərimizi talan edir"
Yəmən Ali Siyasi Şurasının sədri Səudiyyə Ərəbistanını bu ölkəyə aid neft gəlirlərini talan etməkdə ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən, Mehdi əl-Mişat deyib: "Səudiyyə koalisiya muzdlularının liderləri Yəmənin neft və qaz gəlirlərinin 85%-dən çoxunu talan edərkən, Yəmənin işğal altındakı cənub şəhərlərində insanlar artan çətinliklərlə mübarizə aparırlar.
Onun sözlərinə görə, işğalçı ölkələr, xüsusən də ABŞ Yəmənə qarşı sanksiyaları sərtləşdirərək, neft, ərzaq və dərman gəmilərini müsadirə edərək və iqtisadi müharibəylə yəmənlilərin əziyyətini artırmağa çalışır. Bununla əlaqədar gömrük dolları və neft məmulatlarının qiymətini qaldırmaq və iqtisadi müharibəyə uyğun olaraq milli valyutanı hədəf seçmək üçün son vaxtlar həyata keçirilən özbaşına tədbirlər bütün Yəmən övladlarını hədəfləyib.