Yəmənin yüz tibb mərkəzindəki xidmətlərdə pozuntu
Təcavüzkar səud koalisiyası tərəfindən yanacaq daşıyan gəmilərin saxlanması Yəmənin paytaxtı Sənada yüz tibb mərkəzinə xidmətin göstərilməsinin dayanmasına bais olub.
SəhərAzəri-nin verdiyi məlumata görə, Səna meriyasının səhiyyə şöbəsinin bildirdiyinə görə, Yəməndə neft məmulatları daşıyan gəmilərin saxlanmasının davam etməsi bu ölkədə elektrik cərəyanının kəsilməsi, yüz tibb mərkəzinə xidmətin göstərilməsinin dayanması, eləcə də xəstələrə müalicə xidmətlərinin göstərilməsi səviyyəsinin azalmasına səbəb olub.
Səna meriyasının səhiyyə şöbəsinin işçiləri Yəmən neft şirkətinin əməkdaşlığı ilə BMT-nin Sənada yerləşən ofisi qarşısında keçirdikləri etiraz aksiyasında dəniz quldurluğu və yanacaq daşıyan gəmilərin saxlanmasının davam etməsini pisləyiblər.
Yəmən neft şirkətinin icraçı direktoru mühəndis Əmmar Ələzrəi bir bəyanatda neft məmulatlarının saxlanmasının tibb mərkəzlərində tibbi və müalicə xidmətlərinin dayanmasına gətirib çıxaracağını qeyd edib.