Sionist rejim şokda
6 fələstinli mübariz tunel qazaraq həbsxanadan qaçıb
İsrail rejiminin çox ciddi qorunan həbsxanaların birindən 6 fələstinli tunel qazaraq qaçmağı bacarıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, məlumatda deyilir ki, fələstinli mübarizlər Gilboa həbsxanasından qaçmağa müvəffəq olublar.
Ömürlük həbs cəzasına məhkum edilmiş 6 fələstinlinin 5-i İslami Cihad Hərəkatının, digəri isə Fəth hərəkatının üzvüdür. Onların üçü ömürlük həbsə məhkum edilmişlərdir. Məlumata görə məhbuslar əsasən Fələstinin “Səraya əl-Qüds”, “İslami Cihad”, “Kətaib Şuhədaul-Əqsa” hərbi briqadalarınn üzvü olublar.
Fələstinin İslami Müqavimət Hərəkatı (HƏMAS) hadisə ilə əlaqədar bəyanat yayaraq, bu qaçış planını müqavimət üçün böyük uğur, İsrailin təhlükəsizlik durumu üçün "biyabırçılıq" kimi qiymətləndirib.
Mübarizlərin qaçması xəbəri yayılan kimi fələstinlilər bayram edib, İsrail rejiminin ordusu isə 6 fələstinlinin yenidən əsir alınması üçün əməliyyata başlayıb. Məlumata görə İsrail rejiminin hərb naziri Beni-Qantsın göstərişi ilə İordaniya ilə sərhədə əlavə qüvvələr göndərilib və təhlükəsizlik tədbirləri artırılıb.
Axtarış əməliyyatı helikopterlər və PUA-lar vasitəsilə davam etdirilir.