Sen 07, 2021 12:10 Asia/Baku
  • İnqilab Rəhbəri başsağlığı veriblər

İslam İnqilabının Böyük Rəhbəri Livan Hizbullahının baş katibinə ünvanladıqları müraciətdə Livan Şiələrinin Ali İslami Məclisinin sədri höccətülislam vəlmüslimin Şeyx Əbdülamir Qəbəlanın vəfatı münasibətilə başsağlığı veriblər.

SəhərAzəri-nin verdiyi məlumata görə, Həzrət Ayətullahül-uzma Xameneinin Seyid Həsən Nəsrullaha ünvanlanan müraciətində belə deyilir: Mübariz din alimi, mərhum höccətülislam vəlmüslimin cənab Şeyx Əbdülamir Qəbəlan- rəhmətullahələyhin vəfatı münasibətilə o şəxsiyyətin möhtərəm ailəsinə, Ali Məclisin dəyərli məcmuəsinə, mərhumun bütün dostları və tərəfdarlarına və bütün Livan şiələrinə başsağlığı verirəm.

İslam İnqilabının Böyük Rəhbəri Seyid Həsən Nəsrullaha ünvanladıqları müraciətlərində sonra belə qeyd ediblər: Müqavimət cərəyanı və sizin özünüz üçün dəyərli və vəfalı bir dost olan o şəxsiyyət Livanda yüksək hədəflərə xidmətdə bərəkətli ömür sürüb. Onun ölümü təəssüf doğurur. Allah-Taaladan onun üçün rəhmət və bağışlanma diləyirəm.

Teqlər