Ərbil hava limanındakı amerikan bazaya PUA hücumları
İraq mediaları Ərbil hava limanında partlayış səsinin eşidilməsi və amerikan koalisiya qüvvələrinin yerləşdikləri məkana PUA hücumları ehtimalından xəbər veriblər.
SəhərAzəri-nin verdiyi məlumata görə, Hələ partlayış səsinin mənşəyi dəqiq şəkildə məlum deyil, amma Ərbilin təhlükəsizlik rəsmiləri bəzi medialara bildiriblər ki, bu partlayışlar bomba yerləşdirilmiş üç pilotsuzun hücumundan irəli gəlir.
İraqlı sosial mediaların xəbərləri ABŞ-ın Ərbildəki hərbi bazasının hədəfə alınmasından söz açır.
İraq müqavimət qruplarına yaxın olan sosial şəbəkələrdəki bəzi mənbələr üç raketin atıldığını bildiriblər.
Bundan öncə Amerikanın Ərbildəki konsulxanasının boşaldılmasına dair xəbər yayılmışdı.
Ərbil hava limanından xaricə, eləcə də onun daxilinə uçuşlar dayandırılıb.
Hələ bu hücumları hansı tərəf və ya qrupun həyata keçirdiyi bəlli deyildir.