Həssas obyektlər PUA və ballistik raketlərlə hədəfə alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i381159-həssas_obyektlər_pua_və_ballistik_raketlərlə_hədəfə_alınıb
Yəmənin Ənsarullah qüvvələri Səudiyyə Ərəbistanın həssas obyektlərini PUA və ballistik raketlərlə hədəfə alıblar
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2021 06:29 Asia/Baku
  • Həssas obyektlər PUA və ballistik raketlərlə hədəfə alınıb

Yəmənin Ənsarullah qüvvələri Səudiyyə Ərəbistanın həssas obyektlərini PUA və ballistik raketlərlə hədəfə alıblar

SəhərAzəri-nin məlumatına əsasən, Yəmən Ordusunun qüvvələri Səudiyyə Ərəbistanın cənub və mərkəz hissələrində bir sıra həssas obyektləri ballistik raketlər və PUA-lardan hədəfə alıblar.

Bu barədə mərkəzi qərargahları paytaxt sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”ndən məlumat verilib. 

Bildirilib ki, Səudiyyə Ərəbistanın cənub və mərkəz hissələrində bir sıra həssas obyektlər ballistik raketlər və PUA-lardan hədəfə alınıb.

Mənbə həyata keçirilən hücum əməliyyatı haqda bu gün təfsilatlı bəyanatın veriləcəyini bildirib.

Bu arada Səudiyyə Ərəbistanın hərbi koalisiyası cümə gecəsi ölkənin cənubunda dörd PUA-nın havadan müdafiə tərəfindən vurulduğunu bildirib.